Bakıda avtobus avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda avtobus avtomobillə toqquşdu, xəsarət alan var Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Yanvar , 2021 03:27
Bakıda avtobus avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

205 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin, 1978-ci il təvəllüdlü Nəzərova Nigar Əli qızı bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi