Yuxarı
    Bağlamaq

    Bakıda şərikinə qarşı 100 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub

    O, müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 26 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə və külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

    Məhkəmənin hökmü ilə C.Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    İttiham aktına əasasən, C.Dadaşov "Balck City" restoranını icarəyə götürərərk birlikdə işlədiyi Akif Kazımova qarşı dələduzluq edib. O, ev satmaq adı ilə saxta sənədlər düzəldərək, şərikinin 100 min manatını ələ keçirib.

    Belə ki, restoranı işlədən zaman C.Dadaşovun A.Kazımova borcu yaranıb. Borcunu ödəyə bilməyən C.Dadaşov bunun qarşılığında A.Kazımova evini satmağı təklif edib. O, "Kapital Qrup" MMC tərəfindən inşa edilən binada, dəyəri 200 min manat olan evi şərikinə satmağa razılaşıb. Tərəflər arasındakı razılığa görə, evin sənədləri, alqı-satqı müqaviləsi A.Kazımovun həyat yoldaşı Nigar Kazımovanın adına hazırlanacaqmış. C.Dadaşov “Kapital Qrup” MMC-nin adından hazırladığı sənədləri, alqı-satqı müqaviləsini A.Kazımova təqdim edərək, ondan bir neçə dəfəyə 100 min manat pul alıb. Akif Kazımov və xanımı aldıqlarını düşündükləri mənzilə baxmağa gedərkən aldadıldıqalrını başa düşüblər. Çünki sənədlərdə göstərilən ev onların yox, başqa şəxsin də adına olub.

    Pulunu geri ala bilməyən A.Kazımov növbəti dəfə aldadılığını görərək polisə müraciət edib.

    Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan C.Dadaşovun barəsində Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) və 302-ci (saxta sənədlər hazırlama) maddəsi ilə cinayət işi başlanılıb.

    Araşdırma zamanı məlum olub ki, C.Dadaşov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda külli miqdarda vergi ödəməkdən də yayınıb. Onun barəsində həmçinin CM-nin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

    Vergilər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, C.Dadaşov “Black City” restoranını işləditdiyi müddət ərzində 21 min 990 manat vergidən yayınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi