Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib

Hadisə
  • 25 fevral, 2017
  • 05:32
Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda şəkər xəstəsi olan özünü yandıraraq intihar edib.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib. 

H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.