​Bakıda səfirlik əməkdaşı qəzaya düşüb

​Bakıda səfirlik əməkdaşı qəzaya düşüb Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
24 Noyabr , 2015 12:21
​Bakıda səfirlik əməkdaşı qəzaya düşüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda Mərakeşin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, H.Əliyev küçəsində Bakı sakini, 1956-cı il təvəllüdlü İsmayıl Baqvanovun idarə etdiyi Mərakeş səfirliyinə məxsus “Toyota-Camry” markalı avtomobil Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü İzafəddin Zeynalovun idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil zədələnib. Ağır xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi