Bakıda saxta əskinas satmaq istəyən şəxslər saxlanıldı

Bakıda saxta əskinas satmaq istəyən şəxslər saxlanıldı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda saxta əskinas satmaq istəyən şəxslər tutulublar.
Hadisə
14 Aprel , 2020 12:27
Bakıda saxta əskinas satmaq istəyən şəxslər saxlanıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda saxta əskinas satmaq istəyən şəxslər tutulublar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əskinası (2 400 manat) şərti alıcıya satarkən saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi