Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib Bakı. 26 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik, Xətai və Səbail rayon Polis idarələrinin əməkdaşları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması tədbirləri çərçivəsində reyd keçiriblər.
Hadisə
26 Dekabr , 2018 12:18
Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik, Xətai və Səbail rayon Polis idarələrinin əməkdaşları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması tədbirləri çərçivəsində reyd keçiriblər.

DİN-dən “Report”a verilən məlumata görə, reydlər nəticəsində Xətai rayonu ərazisində 2, Səbail rayonu ərazisində isə 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi