Bakıda sahibsiz itlər uşağa hücum edərək başından dişləyiblər

Bakıda sahibsiz itlər uşağa hücum edərək başından dişləyiblər Hadisə Nərimanov rayonunda baş verib
Hadisə
116
2 Mart , 2018 02:59
Bakıda sahibsiz itlər uşağa hücum edərək başından dişləyiblər

Bakı. 2 mart. REPORT.AZ/ Bakının Nərimanov rayonunda itdişləmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 2008-ci il təvəllüdlü Məsimov Mirağa Zöhrab oğlu M.Nərimanov küçəsi ilə gedərkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Heyvanlar onun baş və boyun nahiyələrindən dişləyiblər. Çoxlu qan itirən yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada cərrahi əməliyyat olunub. Həkimlər uşağın vəziyyətini stabil ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi