Bakıda şagirdlərə qarşı quldurluq edən qardaşlar saxlanılıblar - FOTO

Bakıda şagirdlərə qarşı quldurluq edən qardaşlar saxlanılıblar - FOTO Bakıda orta məktəbdən qayıdan azyaşlıya qarşı quldurluq edən qardaşlar saxlanılıblar.
Hadisə
12 Fevral , 2020 16:45
Bakıda şagirdlərə qarşı quldurluq edən qardaşlar saxlanılıblar - FOTO

Bakıda orta məktəbdən qayıdan azyaşlıya qarşı quldurluq edən qardaşlar saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib.

Hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq fiziki zor tətbiq edib iki ədəd mobil telefonunu əlindən alıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar. 

Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyev isə bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üçün tutulub.

Faktla bağlı 25-ci PB-də toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilib. Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi