Bakıda şadlıq sarayında toy zamanı kütləvi dava düşüb, yaralı və saxlanılanlar var - FOTO - VİDEO

Bakıda şadlıq sarayında toy zamanı kütləvi dava düşüb, yaralı və saxlanılanlar var - FOTO - VİDEO Hadisə nəticəsində 1 nəfər kəsilmiş xəsarəti alıb
Hadisə
6 İyul , 2017 07:10
Bakıda şadlıq sarayında toy zamanı kütləvi dava düşüb, yaralı və saxlanılanlar var - FOTO - VİDEO
Foto: Report.az

Bakı. 6 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə 9-cu mikrorayonda yerləşən "Tərlan" şadlıq sarayında qeydə alınıb.

Hadisə şahidi Xəqani Süleymanov "Report"a bildirib ki, 8 nəfər arasında mübahisə zəminində düşən dava nəticəsində bir nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsindən "Report"a verilən məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi