Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb

Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb
Hadisə
21 Noyabr , 2022 12:14
Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb

Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan pul qabısının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.

Son xəbərlər

Orphus sistemi