Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda ana və onun iki övladı dəm qazından zəhərlənib. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.
Hadisə Xəzər rayonunun Südçülük sovxozunda baş verib.
Zəhərlənənlər 1972-ci il təvəllüdlü Gülmirə Məmmədova, onun övladları - 21 yaşlı Dərya Məmmədova və 20 yaşlı Toğrul Məmmədovdur.
Onların hər üçü ölüb.
Məlumata görə, iki gün sonra D.Məmmədovanın nişan mərasimi olacaqmış.
Faktla bağlı araşdırma aparılır.