Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub

Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub Hadisə Sabunçu rayonunda qeydə alınıb
Hadisə
12 Dekabr , 2016 18:26
Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, "Aqata" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu avtomobil vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə "Qarabağ" bloku tərəfindən irəli sürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi