Bakıda Rusiya vətəndaşına qarşı soyğunçuluq edən keçmiş məhkuma hökm oxunub

Bakıda Rusiya vətəndaşına qarşı soyğunçuluq edən keçmiş məhkuma hökm oxunub Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbiyə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Elnur Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
26 Sentyabr , 2018 12:33
Bakıda Rusiya vətəndaşına qarşı soyğunçuluq edən keçmiş məhkuma hökm oxunub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbiyə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Elnur Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Ağayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Daha sonra polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Rus vətəndaşı olan qadın gecə saatlarında Həzi Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pul qabını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Bakı şəhər Baş Polis idarəsinin və Nəsimi rayon Polis idarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum edilmiş E.Ağayev olduğu müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi