​Bakıda rus qadınının evini ələ keçirən vəkil apellyasiya şikayəti verib

​Bakıda rus qadınının evini ələ keçirən vəkil apellyasiya şikayəti verib İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq
Hadisə
26 Dekabr , 2015 17:40
​Bakıda rus qadınının evini ələ keçirən vəkil apellyasiya şikayəti verib

Bakı. 26 dekabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Rəhimli Nurlan Nüsrət oğlu və Kərimov Eldəniz Cəfər oğlu barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası dekabrın 29-na təyin edilib.

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs dələduzluq yolu ilə milliyyətcə rus olan qoca qadının evini ələ keçiriblər. E.Kərimov vəkil olub.

N.Rəhimli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) və E.Kərimov 32.5,178.3.2-ci (iştirakçılıq, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır, dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.5,320.1-ci (iştirakçılıq, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunublar.

Bu il noyabr ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə E.Kərimov 7 il, N.Rəhimli isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkumların müdafiəçiləri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi