Yuxarı

Bakıda restoranlardan birində dava olub, iki nəfər saxlanılıb

Həmin şəxslər iki nəfərin mobil telefonunu da oğurlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda restoranlardan birində ictimai asayişi pozan iki şəxs saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci Polis Bölməsinə təhvil verilib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən L.İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi