Bakıda restoranlarda oğurluq edən əcnəbi saxlanılıb

Bakıda restoranlarda oğurluq edən əcnəbi saxlanılıb Restoranlarda oğurluq edən əcnəbi vətəndaş saxlanılıb
Hadisə
11 Dekabr , 2023 12:32
Bakıda restoranlarda oğurluq edən əcnəbi saxlanılıb

Bakının Nəsimi və Səbail rayonlarında restoranlarda oğurluq edən əcnəbi saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən restoranda Bakı şəhər sakini olan bir nəfərin gödəkçəsinin cibindən 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Onun dekabrın 9-da Səbail rayonu ərazisində yerləşən restoranda daha bir nəfərin cibindən 230 manatını oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi