Bakıda restorandan içərisində 38200 manat və 300 dollar olan seyf oğurlanıb

Bakıda restorandan içərisində 38200 manat və 300 dollar olan seyf oğurlanıb Hadisəni törədən şəxslər tutulub
Hadisə
3 May , 2017 11:25
Bakıda restorandan içərisində 38200 manat və 300 dollar olan seyf oğurlanıb

Bakı. 3 may. REPORT.AZ/ Mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.

Son xəbərlər

Orphus sistemi