Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub Bakıda restoranda yanğın olub.
Hadisə
14 İyul , 2021 08:52
Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Son xəbərlər

Orphus sistemi