​Bakıda restoranda baş verən silahlı insidentlə bağlı həbs edilən şəxs apellyasiya şikayəti verib

​Bakıda restoranda baş verən silahlı insidentlə bağlı həbs edilən şəxs apellyasiya şikayəti verib Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Hadisə
27 Aprel , 2016 13:18
​Bakıda restoranda baş verən silahlı insidentlə bağlı həbs edilən şəxs apellyasiya şikayəti verib

Bakı. 27 aprel. REPORT.AZ/ Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentin iştirakçılarından olan Bəhruz Rəfiyev barəsində seçilmiş həbs qətimkan tədbirinə dair məhkəmə qərarından apellyasiya şikayəti verib.

Bu barədə “Report”a B.Rəfiyevin vəkili Adəm Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, cinayət hadisəsi aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Aprelin 23-də Səbail Rayon Məhkəməsində T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev barələrində üç aylıq, ayın 25-də F.Əkbərov barəsində isə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, F.Əkbərov barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi