Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxsin cəzası azaldılıb

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxsin cəzası azaldılıb Bakı. 2 noyabr. REPORT.AZ/ Ali Məhkəmədə Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov və digərlərinin barələrində olan məhkəmə qərarından verillən kassasiya şikayətinə baxılıb.
Hadisə
2 Noyabr , 2018 14:48
Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxsin cəzası azaldılıb
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Ali Məhkəmədə Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov və digərlərinin barələrində olan məhkəmə qərarından verillən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, F.Əsgərov, Bəhruz Rəfiyev və Tofiq Qaramizədə kassasiya şikayətini geri götürüb.

Ali Məhkəmə yalnız Süleyman Abdullayevin şikayətinə baxılıb.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və Süleyman Abdullayevin cəzası 7 ildən 3 il azadlıraq 4 ilə salınıb.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilədövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilədək, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilədək və Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.

Digər təqsirləndirilən Hüseyn Hüseynovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

Son xəbərlər

Orphus sistemi