​Bakıda “Range Rover” “015”ə çırpılıb: 2 nəfər ölüb, 2 nəfər yaralanıb

​Bakıda “Range Rover” “015”ə çırpılıb: 2 nəfər ölüb, 2 nəfər yaralanıb Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
7 Mart , 2016 13:21
​Bakıda “Range Rover” “015”ə çırpılıb: 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Martın 7-də saat 01 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakinləri Əli Abdullayevin idarə etdiyi “Range Rover” və Ramil Muradovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə R.Muradovun sərnişinlərindən Abşeron rayon sakini Elgün Muradov hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, R.Muradov orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi