Bakıda quyuda çürümüş kişi meyiti tapılıb

Bakıda quyuda çürümüş kişi meyiti tapılıb Həmin şəxsin qətlə yetirildiyi ehtimal edilir
Hadisə
30 Dekabr , 2016 09:20
Bakıda quyuda çürümüş kişi meyiti tapılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda quyuda çürümüş meyit tapılıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Beləki, Bakıxanov qəsəbəsində yolun ortasında yerləşən quyudan çürümüş meyit tapılıb. Meyitin kimliyinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Yalnız onun ayağında 42 santimetr ölçüdə kişi ayaqqabısı olduğu aşkarlanıb.

Sabunçu Rayon Prokurorluğunda ölümün səbəbləri araşdırılır. Həmin şəxsin qətlə yetirildiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi