Bakıda quru ot tayasının yandırılması təhlükəli vəziyyət yaratdı

Bakıda quru ot tayasının yandırılması təhlükəli vəziyyət yaratdı Nəzarətsiz qalan yanğın sonradan yaxınlıqda saxlanılan avtomobillərə təhlükə yaradıb.
Hadisə
18 İyul , 2020 14:49
Bakıda quru ot tayasının yandırılması təhlükəli vəziyyət yaratdı

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "Q" yaşayış sahəsi 20 nömrəli binanın önündə yanğın hadisəsi baş verib.

"Report"un əldə etdiyi məlumata görə, yanğına səbəb kommunal-istismar idarəsinin işçilərinin evin qarşısındakı bağda qurumuş ot tayasını yandırılması olub.

Nəzarətsiz qalan yanğın sonradan yaxınlıqda saxlanılan avtomobillərə təhlükə yaradıb.

Sakinlərin çağırdığı yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Xatırladaq ki, bu Bakıda əhalinin yaşadığı yerə yaxın ilk dəfə ot və məişət tullantılarının yandırılması faktı deyil. "Report" məsələ ilə bağlı dəfələrlə qəsdən törədilən yanğınlarla bağlı məsələni işıqlandırıb.

Son xəbərlər

Orphus sistemi