​Bakıda quldurluq edən dəstə tutulub

​Bakıda quldurluq edən dəstə tutulub Neftçala rayon sakinləri Elnur Səfərov, qardaşı Seymur və Zaqatala rayon sakini İntiqam Hacıyev tutulub
Hadisə
9 Yanvar , 2016 13:40
​Bakıda quldurluq edən dəstə tutulub

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda 700 manat pulu quldurluq yolu ilə almış üç nəfər tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də paytaxt sakini İlham Ağayevin 700 manatını quldurluq yolu ilə almış Neftçala rayon sakinləri Elnur Səfərov, qardaşı Seymur və Zaqatala rayon sakini İntiqam Hacıyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi