Bakıda quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslərə hökm oxunub

Bakıda quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslərə hökm oxunub Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə yekunlaşıb
Hadisə
11 Mart , 2016 12:33
Bakıda quldurluq yolu ilə şirkətdən 60 min dollar aparan şəxslərə hökm oxunub

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Akşin Mustafayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Mustafayev və N.Xəlilovun hər biri 14 il, A.Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olaraq, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl-qolunu bağlayıb, içərisində 60 000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Nicat Xəlilov, Aqşin Mustafayev və Azad Həziyev tutulub.

Son xəbərlər

Orphus sistemi