Yuxarı

​Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

O, 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zamiq Paşayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Paşayev ötən ilin sentyabr ayının 8-də İbrahim Həmidlinin 85 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinib. O, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi