Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar Bakı. 6 fevral. REPORT.AZ/ Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
6 Fevral , 2019 12:28
Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 6 fevral. REPORT.AZ/ Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı rayon Polis idarəsinə məlumat daxil olub.

Bundan sonra 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib.

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi