Bakıda quldurluq edən şəxslər saxlanılıb

Bakıda quldurluq edən şəxslər saxlanılıb Onların iki paytaxt sakinini soyduqları sübuta yetirilib
Hadisə
18 Noyabr , 2014 16:33
Bakıda quldurluq edən şəxslər saxlanılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda quldurluq edən Cəlilabad rayon sakinləri saxlanılıb."Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail rayonunun Neftçilər prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Kənan Bəbirova zor tətbiq edərək 10 manat pulunu alıb hadisə yerini tərk ediblər. Səbail Rayon Polis İdarəsi, 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Cəlilabad rayon sakinləri Tural Abbasov və Niyazi Musayev tutulub. Ətraflı araşdırmalar zamanı onların həmin gün Adil Mustafayevə qarşı da quldurluq edərərk zərərçəkənin 3 manat pulunu əlindən almaları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi