Bakıda quldurluq edən şəxs saxlanılıb

Bakıda quldurluq edən şəxs saxlanılıb Bakıda quldurluq edən şəxs saxlanılıb.
Hadisə
16 Dekabr , 2019 13:17
Bakıda quldurluq edən şəxs saxlanılıb

Bakıda quldurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində 2 nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib. 

Onların həmin gün saat 4 radələrində Səbail rayonu Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi