Bakıda quldurluq edən şəxs saxlanıldı

Bakıda quldurluq edən şəxs saxlanıldı Bakıda quldurluq hadisə baş verib.
Hadisə
27 Aprel , 2020 12:09
Bakıda quldurluq edən şəxs saxlanıldı
0 : 00
0 : 00

Bakıda quldurluq hadisə baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov aprelin 23-də rayon ərazisindəki parkların birində bir nəfərin onu bıçaqla hədələyib 53 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi