Bakıda quldurluğa məruz qalan sürücü hücum edənlərdən birini bıçaqlayıb

Bakıda quldurluğa məruz qalan sürücü hücum edənlərdən birini bıçaqlayıb Üç nəfər saxlanılıb
Hadisə
27 Mart , 2017 12:08
Bakıda quldurluğa məruz qalan sürücü hücum edənlərdən birini bıçaqlayıb

Bakı. 27 mart. REPORT.AZ/ Bakıda 4 naməlum şəxs taksi sürücüsünün boğazına kəndir bağlayıb onun avtomobilini əlindən almaq istəyiblər.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.

V.Mövlazadə avtomobildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.

Görülmüş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadə Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi