Bakıda qonşusunu öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda qonşusunu öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib
Hadisə
10 Fevral , 2017 11:48
Bakıda qonşusunu öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqisirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında baş verib. F.Eminov 1980-ci il təvəllüdlü qonşusu Əmənov Elməddin Nəbi oğlunu bıçaqlayaraq qətlə yetirib.

Araşdırma zamanı məlum olub ki, qonşular arasında hadisə su üstündə olub. Belə ki, E.Əmənov qonşuluqda yaşayan F.Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən F.Əhmədov qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı E.Əmənovun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra E.Əmənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən şəxsin 2 uşağı, təqsirləndirilən şəxsin isə 3 azyaşlı övladları var.

Son xəbərlər

Orphus sistemi