Bakı. 20 sentyabr.
"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Y.Nəcəfovanın apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında 1973-cü il təvəllüdlü Yasəmən Sabir qızı Nəcəfova Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Etibar Akif oğlu Musayevin etibarından sui-istifadə edərək ondan 40 min manat pul alıb və geri qaytarmayıb. Daha sonra zərərçəkən ərizə ilə 17-ci Polis Bölməsinə müraciət edib. Bakıda qızıl alveri ilə məşğul olan qadınlar - Naibə Həsənova və Gülnarə Cəlalova da polisə müraciət ediblər. Onlar Y.Nəcəfova adlı qadının onlardan qızıl-zinət əşyaları alıb, pulunu ödəmədiyini bildiriblər. N.Həsənova Y.Nəcəfovanın ondan 15 min manat, G.Cəlalova isə 53 min manat dəyərində qızıl-zinət əşyaları aldığını və 3 il ərzində pulunu ödəmədiyini deyiblər.
Y.Nəcəfova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.