Bakıda qısqanclıq zəminində anasını öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Bakıda qısqanclıq zəminində anasını öldürən şəxs Ali Məhkəməyə müraciət edib İşə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq
Hadisə
1 Noyabr , 2016 09:44
Bakıda qısqanclıq zəminində anasını öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda qısqanclıq zəminində anasını öldürməkdə təqsirləndirilən Siyavuş Zöhrabov barəsində olan hökmdən kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 2-nə təyin edilib.

İşə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin iyul ayının 6-da Nizami rayonunda baş verib. Rayonun Mehdi Abbasov küçəsi ev 33-də yaşayan S.Zöhrabov qısqanclıq zəminində anası 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən şəxs Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məlumata görə, S.Zöhrabov anasına təxminən 10 bıçaq zərbəsi vurub. İstintaqın gedişatından məlum olub ki, T.Zöhrabova bir müddət əvvəl ərindən boşanıb, üç uşaqdan ikisi atası, S.Zöhrabov isə anası ilə yaşayıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Onun apellyasiya şikayəti təmin edilməyib. S.Zöhrabov daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi