Bakıda qəzaya düşən motosiklet sürücüsünün ayağı sınıb

Bakıda qəzaya düşən motosiklet sürücüsünün ayağı sınıb Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
1 Dekabr , 2019 21:36
Bakıda qəzaya düşən motosiklet sürücüsünün ayağı sınıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, yemək sifarişi ilə məşğul olan motosikletin sürücüsü 4-cü mikrorayon dairəsindən Hüseyn Seyidzadəh küçəsi istiqamətində hərəkətdə olarkən avtomobilə çırpılıb.

Hadisə zamanı motosikletin sürücüsü, 1991-ci il təvəllüdlü Bayram adlı şəxs xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə paytaxtda yerləşən xəstəxanaların birinə çatdırılıb və ona sağ ayağın yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi