Avtomobillə qəza törədərək qaçan sürücü saxlanılıb

Avtomobillə qəza törədərək qaçan sürücü saxlanılıb Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aprelin 28-də Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilin müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəsarət almış avtomobildə olan qızına xəstəxanada ilkin tibbi
Hadisə
9 May , 2022 11:18
Avtomobillə qəza törədərək qaçan sürücü saxlanılıb

Bakıda qəza törədərək qaçan sürücü on gün sonra saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aprelin 28-də Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilin müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəsarət almış avtomobildə olan qızına xəstəxanada ilkin tibbi yardım göstərilməsi barədə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Fədakar Mürşüdov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi