Bakıda qeyri-yaşayış binasını mühafizə edən şəxs bıçaqlanıb

Bakıda qeyri-yaşayış binasını mühafizə edən şəxs bıçaqlanıb Hadisəni müəssisəyə daxil olmaq istəyən şəxs törədib
Hadisə
26 Oktyabr , 2017 07:02
Bakıda qeyri-yaşayış binasını mühafizə edən şəxs bıçaqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident keçmiş maşın bazarı yaxınlığındakı qeyri-yaşayış binasının mühafizə postunda qeydə alınıb.

Naməlum şəxs mühafizə olunan binaya daxil olmaq istəyərkən mühafizəçi, 1965-ci il təvəllüdlü Abbasov İlham Müseyib oğlu onun qarşısını alıb. Lakin o, naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi