​Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb

​Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 6-na təyin edilib
Hadisə
28 Mart , 2016 10:10
​Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsgəndərov Cavid Yaqub oğlunun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulun 28-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Bakı şəhər sakini Cavid İsgəndərov Orxan Əsgərli və qardaşı Sabit Ələsgərlini bıçaqlayıb. Hər iki yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib, S.Ələsgərli orada ölüb. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Bakı şəhər sakini Cavid İsgəndərov tutulub.

Son xəbərlər

Orphus sistemi