Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb

Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası fevralın 22-nə təyin edilib
Hadisə
15 Fevral , 2016 11:44
Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəfael Həsənovun cinayət işi üzrə məhkəmənin hazılıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Binəqədi rayonunda baş verib. R.Həsənov tanışı Tural Babayevlə mübahisə edib. Nəticədə o, tanışını üzərində gəzdirdiyi bıçaqla vurub. Döş qəfəsindən yara alan T.Babayev dünyasını dəyişib. Hadisədən sonra R.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi