Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Ülvi Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilən iş hakim İlham Mahmudovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 23-də saat 9 radələrində Sabunçu rayonu ərazisində baş verib. Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla Balaxanı qəsəbə sakini, 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlu Mahmudovun aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsi müəyyən edilib.
Daha sonra tutularaq istintaqa cəlb edilən Ü.Mahmudova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.