Yuxarı

​Bakıda qətl törədən şəxsin ibtidai istintaqı yekunlaşıb

İş üzrə məhkəmə yanvarın 19-da başlayacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

"Report"un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib.

İş üzrə məhkəmə yanvarın 19-da başlayacaq.

Qeyd edək ki, hadisə 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi