Bakıda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayıb

Bakıda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bayram Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 Mart , 2019 17:37
Bakıda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bayram Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 19-u saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai rayon Polis idarəsinin 34-cü Polis şöbəsinə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş B.Orucov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi