​Bakıda qətl törədən gəncin məhkəməsi başlayıb

​Bakıda qətl törədən gəncin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 27-nə təyin edilib
Hadisə
2529
20 Aprel , 2016 10:40
​Bakıda qətl törədən gəncin məhkəməsi başlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törədən 1997-ci il təvəllüdlü Sərxan Çobanovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevin sərdliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Sabunçu rayonunda baş verib. Rayon sakini 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən onun həmyaşıdı S.Çobanov polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. 

Son xəbərlər

Orphus sistemi