Oktyabrın 27-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüstəmov Rüfət Ələsgər oğlunun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səmədli Ələkbər Valeh oğlu polis əməkdaşları tərəfindən keçurilən tədbirlərlə saxlanılıb.
Araşdırma aparılır.
Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.