Bakıda qəfil idarəetməni itirən sürücü maşını yol kənarındakı avtomobilə çırpıb - FOTO - VİDEO

Hadisə
  • 17 noyabr, 2017
  • 07:01
Bakıda qəfil idarəetməni itirən sürücü maşını yol kənarındakı avtomobilə çırpıb - FOTO - VİDEO
Report

Video əlavə olunub


*** 06:37

Bakı. 17 noyabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Yasamal rayonunda daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, "Nissan" markalı avtomobilin sürücüsü Şıxəli Qurbanov küçəsi ilə "Beşmərtəbə dairəsi" istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Nəticədə maşın əks istiqamətə çıxaraq yol kənarında dayanmış "Mercedes" markalı avtomobilə dəyib. Zərbənin təsirindən avtomobillər ziyan görsə də, xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Bakıda qəfil idarəetməni itirən sürücü maşını yol kənarındakı avtomobilə çırpıb - FOTO - VİDEO

44 filmi