Bakıda qəbristanlıqdan 2 000 manatlıq oğurluq edilib

Bakıda qəbristanlıqdan 2 000 manatlıq oğurluq edilib Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.
Hadisə
17 Dekabr , 2020 13:11
Bakıda qəbristanlıqdan 2 000 manatlıq oğurluq edilib

Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarını əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayında Binəqədi şossesinin kənarında yerləşən qəbristanlıqda iki məzarın ətrafına çəkilmiş 2 000 manat dəyərində olan dəmir məhəccərləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Orucov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi