Bakıda qazanxanadan 135 min manatlıq avadanlıq oğurlanıb

Bakıda qazanxanadan 135 min manatlıq avadanlıq oğurlanıb Bakıda şirkətlərdən birinin qazanxanasından oğurluq edilib.
Hadisə
2 May , 2019 13:54
Bakıda qazanxanadan 135 min manatlıq avadanlıq oğurlanıb

Bakıda şirkətlərdən birinin qazanxanasından oğurluq edilib. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, zərərçəkən şirkət rəhbərliyi Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135000 manat olan istilik sistemləri və avadanlığın oğurlandığını bildirib. 

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlığın bir qısmini satdıqlarını bildiriblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. E.Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi