Bakıda qaynını öldürməkdə təqsirləndirilən şəxsin atası məhkəmədə ifadə verib

Bakıda qaynını öldürməkdə təqsirləndirilən şəxsin atası məhkəmədə ifadə verib Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
15 Yanvar , 2018 13:05
Bakıda qaynını öldürməkdə təqsirləndirilən şəxsin atası məhkəmədə ifadə verib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Abdulla Abıyev dindirilib.

O, təqsirləndirilən şəxsin atası olduğunu deyib. A.Abıyev hadisə barədə məlumatının olmadığını bildirib: "Oğlum bizimlə bir yerdə yaşamırdı. Eşitdim ki, Seymur dəniz kənarından mərhum Amin Bayramovun telefonunu tapıb. Oğlumun onu öldürməsi barədə məlumatı cinayətin üstü açılandan sonra bildim".

Daha sonra qətlə yetirilən Amin Bayramovun atası da şahid qismində dindirilib. Həmin şəxs ifadəsində qeyd edib ki, hadisədən sonra təqsirləndirilən şəxs oğlunun telefonunu dəniz kənarından tapdığını söyləyib: "Oğlumun kredit götürməsini əvvələr bilmirdim. Bu barədə sonra məlumatım oldu".

Hakim bildirib ki, təqsirləndirilən S.Abıyev A.Bayramovu qətlə yetirəndən sonra onun telefonunu dəniz kənarından tapdığını deyib və təqsirləndirilən şəxsdən niyə belə yalan danışdığını soruşub. 

S.Abıyev bildirib ki, hadisədən sonra ilk ağlına gələn bu olub: "Əvvəl hadisəni gizlətmək istədim, sonra gedib könüllü təslim oldum".

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova ötən ilin yayında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib. 

A.Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu S.Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyənləşdirilib.

A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. Daha sonra o, həbs olunub.

Son xəbərlər

Orphus sistemi