Bakıda qaynını öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda qaynını öldürən şəxsin məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
3 Aprel , 2019 15:54
Bakıda qaynını öldürən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 10-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda baş verib. Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.

Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, qaynını münasibətlərinə aydınlıq gətirərkən öldürüb.

Son xəbərlər

Orphus sistemi