Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
20 Fevral , 2019 12:36
Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Məlum olub ki, M.Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır. 

Son xəbərlər

Orphus sistemi